Məzmuna keç

Azərbaycanın ən böyük bazarıartıq bir yerdə.

Instagramda və TikTokda satan mağazalar, ustalar və satıcılar indi bir axtarışda, bir xəritədə.

elan
535
satıcı
36
sahə
10

Instagramda və TikTokda satanlar artıq burada.

Satıcı hesabını qoşur və videolarını gətirir.

Səpələnmiş bazar indi bir yerdədir və hamınındır.

Hər video öz sahəsinə və kateqoriyasına düşür, məhsul da, satıcı da tapılır.

Biz yeni bazar yaratmadıq. Onsuz da ən böyük olanı bir araya yığdıq.

Hər kəsin öz səbəbi var

  1. Axtarışda olanlar üçün
    Instagramda bir şey tapmaq üçün onu kimin satdığını bilməli idin.

    Yaz, bütün bazarda axtar.

    Mənzil, iPhone, avtomobil: sahəni və kateqoriyanı özü tanıyır, bu işi görən satıcıları və satışda olanları göstərir.

  2. Baxmağı sevənlər üçün
    Hər mağazanı ayrıca izləyir, profil profil gəzirdin.

    Bütün bazar bir lentdə.

    Maşından mənzilə, telefondan ev heyvanına: hər sahədən videolar, bir sürüşdürmədə.

  3. Vaxtı olmayanlar üçün
    Ölçüsünü, ünvanını, vəziyyətini bir-bir yazıb soruşur, cavab gözləyirsən.

    Lazım olan hər şey bir toxunuşda.

    Xüsusiyyətlər, satıcı, zəng, WhatsApp, mesaj və ünvanı xəritədə, marşrutu ilə.

  4. Sualı bitməyənlər üçün
    Bir sualın olanda satıcıya yazıb cavab gözləyir, ya da gedib başqa yerdə axtarırdın.

    Soruş, məsləhəti elə burada al.

    Maşın, telefon, paltar, xidmət: elanla bağlı nə soruşsan, köməkçi dərhal cavab verir və məsləhət görür. Yalnız satıcının bildiyini soruşanda satıcıya yazmağı təklif edir.

  5. Seçimi dəqiq olanlar üçün
    Sənə uyğun olanı tapmaq üçün yüzlərlə videonu bir-bir açırsan.

    Qarşına yalnız istəyinə uyğun olanlar çıxır.

    Sahəni və kateqoriyanı seç, istədiyini doldur: avtomobilin qiyməti və ili, mebelin növü. Nəticələr dərhal süzülür.

  6. Evdən çıxmadan alanlar üçün
    Ünvanı, ödənişi, çatdırılmanı ayrıca yazışırsan, sonda da “satılıb” cavabı gəlir.

    Bəyəndin, səbətə at, sifariş ver.

    Sifariş qəbul edən satıcılar qapına çatdırır. Satılan elanda “Satılıb”, bitən məhsulda “Stokda yoxdur” yazılır, soruşmağa ehtiyac qalmır.

  7. Sevdiyi mağazaya sadiq qalanlar üçün
    Bəyəndiyin paylaşım bir neçə günə lentdə itir.

    Mağazanın bütün vitrini bir səhifədə.

    Abunə ol, bütün videolarına bax, istədiyin vaxt qayıt. Elan itmir.

Yaxınlıqda

Bazar sənin ətrafındadır.

İndi xəritədə: Telefonlar

Sahəni seç və yaxınlıqdakı satıcıları xəritədə videoları ilə gör. Mağazaya toxun, nə satdığı və nə qədər uzaqda olduğu açılır.

  • Sahəni seçHər sahə öz rəngi və satıcıları ilə.
  • Məsafəni seçBir kilometrdən bütün şəhərə qədər.
  • Mağazaya toxunVideoları, ünvanı və marşrutu açılır.
Sən də sata bilərsən

Instagram və ya TikTok profili şərt deyil.

Videolarını buraya daşımaq üçün profilin kifayətdir. Profilin yoxdursa, adi istifadəçi kimi video və ya şəkil yüklə, elanı AI yazsın.

Əmin olmadığını boş saxlayır. Sən yoxlayıb dərc edirsən.

Bütün bazar artıq əlindədir.

Yaz və tap. Ya da xəritəni aç.

Xəritəni açSatırsan? Satıcılar üçün bax